Son dəqiqə

Fələstin İsrail Qərb Sahili Regional gərginlik Ramallah Silvad basqın

İsrail qüvvələri işğal olunmuş Qərb Sahilində bir neçə bölgəyə basqın edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail qüvvələrinin işğal olunmuş Qərb Sahilində Ramallah və Əl-Bireh ətrafında bir neçə bölgəyə daxil olduğu bildirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi Vəfa məlumat yayıb.

Məlumata əsasən, basqınlar Ramallahın şərqində yerləşən Silvad və Əl-Məzraə əş-Şərqiyyə şəhərləri, eləcə də Deyr Carir, Tayyibə və Əl-Məzraə əl-Qərbiyyə kəndlərini əhatə edib.

Bildirilib ki, hələlik saxlanılan şəxslər barədə məlumat yoxdur.

Bundan əvvəl İsrail qüvvələrinin Ramallahın mərkəzinə daxil olaraq gözyaşardıcı qazdan istifadə etdiyi qeyd olunub.

Mövzuya görə xəbərlər