Son dəqiqə

Fransa BMT Emmanuel Makron Livan Yaxın Şərq Cozef Aun atəşkəs Diplomatiya

Livan və Fransa atəşkəsdən sonra növbəti addımları müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun və Fransa Prezidenti Emmanuel Makron Livanın cənubundakı vəziyyəti və atəşkəsdən sonrakı mərhələni müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı liderlər İsveçrədə keçirilən ABŞ–İran danışıqlarından sonra regionda yaranan yeni vəziyyəti də nəzərdən keçiriblər.

Müzakirələrdə Livanın cənubunda elan edilən atəşkəsdən sonra görüləcək tədbirlər əsas gündəm olub.

Tərəflər həmçinin Livandakı BMT sülhməramlı missiyasının mandatının ilin sonunda başa çatması məsələsini də müzakirə ediblər.

Məlumata görə, bir sıra Avropa ölkələri sülhməramlıların çıxışından sonra bölgədə beynəlxalq mövcudluğun davam etdirilməsini dəstəkləyir və Livan da bu təşəbbüsə müsbət yanaşır.

Emmanuel Makron isə məsələ ilə bağlı bir neçə ölkə ilə məsləhətləşmələr aparacağını və beynəlxalq iştirak üçün müvafiq çərçivənin hazırlanacağını bildirib.

Mövzuya görə xəbərlər