Son dəqiqə

İsveçrə İran İslam Respublikası Skott Bessent Hörmüz boğazı ABŞ Maliyyə Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyi Amerika Birləşmiş Ştatları

ABŞ Maliyyə Nazirliyi İran nefti üzrə 60 günlük ümumi lisenziya verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Maliyyə Nazirliyi İran mənşəli xam neft, neft-kimya və neft məhsullarının istehsalı, daşınması və satışına icazə verən 60 günlük ümumi lisenziya elan edib.

TurkicWorld xəbər verir ki, qərar avqustun 21-dək qüvvədə olacaq.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, bu addım İsveçrədə davam edən danışıqlar fonunda atılıb.

O qeyd edib ki, İran Hörmüz boğazında sərbəst və açıq tranziti təmin etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin ölkəyə girişinə icazə verməyə razılaşıb.

Bessent bu təşəbbüsün danışıqlarda əldə olunan irəliləyişlərlə birbaşa bağlı olduğunu vurğulayıb.

Qərarın enerji bazarına və regiondakı diplomatik prosesə təsir göstərə biləcəyi bildirilir.

Mövzuya görə xəbərlər