BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İsraildən Hizbullahla atəşkəs razılaşmasını qəbul etməsini istədiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Donald Tramp telefon müsahibəsində İsrail rəhbərliyi ilə gün ərzində danışdığını və onları atəşkəsə razılıq verməyə çağırdığını bildirib.
Məlumata görə, ABŞ rəsmilərindən biri də İsrail və Hizbullah arasında atəşkəsin əldə olunduğunu təsdiqləyib. Bununla belə, Livanın müxtəlif bölgələrində İsrail hücumlarının davam etdiyi bildirilir.
Son günlər tərəflər arasında qarşıdurmaların şiddətlənməsi fonunda atəşkəsin tətbiqi bölgədə vəziyyətin sabitləşdirilməsi üçün mühüm addım kimi qiymətləndirilir.
Lakin atəşkəs barədə məlumatların yayılmasına baxmayaraq, Livanın cənubunda və digər ərazilərdə hərbi əməliyyatların tam dayanmadığı qeyd olunur.







