BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt Neft Korporasiyası (KPC) müharibə zamanı elan olunan bütün “fors-major” (force majeure) hallarının ləğv edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə hökumətin kommunikasiya mərkəzi X platformasında məlumat yayıb.
Qərarın dərhal qüvvəyə mindiyi bildirilir.
Məlumata görə, Küveytin neft hasilatının bir həftə ərzində gündə 2 milyon barrelə çatdırılması planlaşdırılır.
Bu artım Hörmüz boğazının açılması və kommersiya daşımalarının bərpası ilə paralel həyata keçiriləcək.
KPC qeyd edib ki, enerji sektorunda əməliyyatlar tam normal rejimə qaytarılır.
Qərarın qlobal enerji bazarına təsir göstərə biləcəyi bildirilir.







