Son dəqiqə

İran ABŞ Livan təhlükəsizlik Cey Di Vens Hörmüz boğazı Diplomatiya İsrailİranMüharibəsi Sanksiyalar

Vens: ABŞ İran sanksiyalarını müvəqqəti ləğv edə bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ vitse-prezidenti Cey Di Vens İranla bağlı yeni açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, o, ABŞ-ın Hörmüz boğazının ödənişsiz və sərbəst keçid zonası olmasını dəstəklədiyini bildirib.

Məlumata görə, ABŞ hərbi qüvvələri İran limanlarına tətbiq olunan blokadadan sonra ən azı 12 gəminin keçidinə icazə verib.

Vens qeyd edib ki, yekun razılaşma çərçivəsində İranın “qlobal təhlükə yaradan raket sistemlərinə sahib olmaması” gözlənilir.

ABŞ administrasiyası yaxın zamanda İran sazişi ilə bağlı Konqresi məlumatlandıracaq.

Vens həmçinin Vaşinqtonun İran sanksiyalarını müvəqqəti olaraq Konqres təsdiqi olmadan yumşalda biləcəyini bildirib.

O, razılaşmanın məqsədlərindən birinin Livanın cənubunda təhlükəsizliyin Livan hökumətinə qaytarılması olduğunu deyib.

Vens İsrailin də sülh prosesinə əməl etməli olduğunu və Beyrutda mülki itkilərə səbəb olan hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər