Son dəqiqə

İran ABŞ Pakistan İsveçrə Qətər Məhəmməd Baqir Qalibaf Cey Di Vens Abbas Əraqçi Diplomatiya

ABŞ–İran prosesində 59 günlük həlledici mərhələ başlayır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında razılaşmanın imzalanmasından sonra danışıqların növbəti mərhələsi start götürür.

TurkicWorld xəbər verir ki, diplomatik mənbələr müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin tədbirə qatılacağını bildirir.

Məlumata görə, Qətərin Baş naziri və Pakistanın Baş naziri ilə yanaşı onların nümayəndə heyətlərinin də iştirak edəcəyi gözlənilir.

ABŞ tərəfdən vitse-prezident Cey Di Vensin iştirakı ehtimal olunur.

İran tərəfdən isə baş danışıqlarçı Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin adı çəkilir.

Bununla belə, hələlik iştirakla bağlı rəsmi təsdiqlərin olmadığı qeyd edilir.

Təhlükəsizlik məqsədilə İsveçrə polisi və hərbi qüvvələrin ərazidə ciddi nəzarət həyata keçirdiyi bildirilir.

Məlumata görə, bu mərhələ formal imza mərasimi deyil, artıq imzalanmış sənədin icrasına start verilməsi kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər