BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan prezidenti Cozef Aun ölkəsinin İsraillə atəşkəs danışıqlarını müstəqil şəkildə apardığını bildirib.
TurkicWorld xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Aun qeyd edib ki, Livan dövlətinin danışıqlardakı mövqeyi tam müstəqildir və qərarlar yalnız rəsmi Beyrut tərəfindən qəbul edilir.
Prezident vurğulayıb ki, Livan atəşkəsin əldə olunmasının tərəfdarıdır və bu prosesə kömək edə biləcək istənilən dövlətlə əməkdaşlığa açıqdır.
O bildirib ki, bu dövlətlər arasında İran da yer alır.
Aun əlavə edib ki, Livan heç bir xarici tərəfin onun adından qərar verməsini qəbul etmir.
Onun sözlərinə görə, hər hansı razılaşma yalnız Livan dövlətinin vasitəsilə həyata keçirilə bilər.
Prezident həmçinin qeyd edib ki, ölkəsinin suverenliyi danışıqlar prosesinin əsas prinsipidir.







