BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp ərəb və Yaxın Şərq ölkələrinin gələcəkdə İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişləri”nə qoşula biləcəyinə ümid etdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri qeyd edib ki, belə ölkələrin razılaşmaya qoşulmasını arzulayır və onların “tezliklə bu prosesə daxil olacağına” inanır.
Onun sözlərinə görə, İranla bağlı mövcud gərginliklər bu proses üçün əsas maneələrdən biri olub.
Tramp əlavə edib ki, bölgədə vəziyyətin sabitləşməsi yeni diplomatik imkanlar yarada bilər.
Bununla belə, bəzi ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Fələstin dövlətinin yaradılması olmadan İsraillə münasibətlərin normallaşdırılmasını istisna edir.







