Son dəqiqə

İsrail İran ABŞ Tehran Yaxın Şərq Məsud Pezeşkian Diplomatiya ABŞ-İran razılaşması

Məsud Pezeşkian: İran bu prosesdən qalib çıxıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian İran və ABŞ arasında əldə olunan anlaşmanı bölgə və İranın müqavimət qüvvələri üçün "şərəf sənədi" adlandırıb.

TurkicWorld xəbər verir ki, Pezeşkian milli konfransda çıxışı zamanı əldə olunan razılaşmanı yüksək qiymətləndirib.

Onun sözlərinə görə, sənəddə yalnız qısa bir hissə ilə bağlı müəyyən fikir ayrılıqları mövcud olub.

Lakin İran prezidenti həmin fikir ayrılıqlarının mahiyyəti barədə əlavə məlumat verməyib.

Pezeşkian bildirib ki, əldə olunan anlaşma bölgədə yeni siyasi mərhələnin formalaşmasına təsir göstərə bilər.

O, İranın danışıqlar prosesində öz maraqlarını qoruduğunu vurğulayıb.

Prezident həmçinin İsrailin razılaşmaya göstərdiyi reaksiyanın diqqət çəkdiyini qeyd edib.

Pezeşkianın fikrincə, məhz bu reaksiya İranın prosesdən üstün mövqedə çıxdığını göstərən amillərdən biridir.

Mövzuya görə xəbərlər