Son dəqiqə

Fələstin hücum Qəzza Yaxın Şərq Humanitar böhran yaralılar mülki əhali Müharibə Tuffah Məhəlləsi siyasi xəbər

Qəzza şəhərində mülki insanların toplaşdığı ərazi hədəf alındı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza şəhərinin Tuffah məhəlləsində İsrail qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində bir nəfərin yaralandığı bildirilir.

TurkicWorld xəbər verir ki, “Vəfa” agentliyinin məlumatına görə, hücum zamanı Fələstinlilərin toplaşdığı bir ərazi hədəf alınıb və nəticədə bir nəfər yaralanıb.

Məlumatda qeyd olunur ki, 2023-cü ilin oktyabrından bəri davam edən müharibə zamanı on minlərlə insan həyatını itirib və yüz minlərlə insan yaralanıb.

Həmçinin bildirilir ki, ötən il elan edilən “atəşkəs” dövründə də yüzlərlə fələstinli həyatını itirib və minlərlə insan yaralanıb.

Mövzuya görə xəbərlər