Son dəqiqə

İsrail Səhiyyə Nazirliyi Livan Yaxın Şərq Humanitar böhran cənubi Livan insan itkiləri siyasi xəbər

Livan Səhiyyə Nazirliyi: İsrail hücumlarında ölənlərin sayı 3 min 756-ya çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Səhiyyə Nazirliyi martın 2-dən iyunun 13-dək İsrail hücumları nəticəsində ölkədə ölənlərin sayının 3 min 756 nəfərə yüksəldiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına əsasən, eyni dövr ərzində 11 min 632 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi qurumlar bildirir ki, hücumlar əsasən ölkənin cənub bölgələrində və yaşayış məntəqələri ətrafında qeydə alınıb.

Səhiyyə orqanları yaralıların bir hissəsinin vəziyyətinin ağır olduğunu və xəstəxanalarda müalicənin davam etdiyini qeyd edir.

Mövzuya görə xəbərlər