Son dəqiqə

İsrail Livan Yaxın Şərq Sərhəd Gərginliyi cənubi Livan hava təhlükəsi Marqaliot şübhəli hava hədəfi hərbi insident

İsrail Livanın cənubunda “şübhəli hava hədəfi”nin düşdüyünü bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda “şübhəli hava hədəfi”nin aşkar edilərək yerə düşdüyünü açıqlayıb. Ordu hadisənin İsrail qüvvələrinin hazırda nəzarət etdiyi əraziyə yaxın bölgədə baş verdiyini bildirib.

TurkicWorld xəbər verir ki, insident nəticəsində heç bir insan itkisi və yaralanma qeydə alınmayıb.

Məlumata görə, hadisədən əvvəl İsrailin şimalında yerləşən Marqaliot bölgəsində hava təhlükəsi siqnalı aktivləşdirilib. Ordunun açıqlamasında həmin ərazidə “düşmən təyyarəsi” ehtimalı səbəbindən xəbərdarlıq edildiyi qeyd olunub.

Bölgədə gərginliyin davam etdiyi və hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirildiyi bildirilir.

Mövzuya görə xəbərlər