BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail donanması Qəzza Şəhəri və Deyr əl-Bələ bölgəsi sahillərində dənizdə çalışan doqquz balıqçını həbs edib. Wafa xəbər agentliyinin məlumatına görə, İsrail balıqçıların azad fəaliyyətinə mane olur və onları hədəfə almaqda davam edir.
TurkicWorld xəbər verir ki, Qəzza balıqçılar komitələrinin açıqlamasına görə, həbs edilən balıqçılar naməlum bir yerə aparılıb. Həbs əməliyyatı Qəzza zolağında fələstinli balıqçılara qarşı davam edən pozuntular çərçivəsində həyata keçirilir və bunlara həbs, atəş açma və avadanlıqların müsadirəsi daxildir.
Qəzza 2007-ci ildən bəri İsrail tərəfindən quru, dəniz və hava blokadası altında saxlanılır. İsrail 2023-cü ilin oktyabrında başlayan soyqırımı zamanı tətbiq etdiyi məhdudiyyətləri gücləndirib.







