Son dəqiqə

İsrail İran ABŞ Donald Tramp Benyamin Netanyahu beynəlxalq təhlükəsizlik Hörmüz boğazı Regional gərginlik Rob Geyst Pinfold London Kral Kolleci

İran “nə müharibə, nə də tam sülh” mərhələsinə daxil olur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Beynəlxalq təhlükəsizlik üzrə ekspert Rob Geyst Pinfold hesab edir ki, son hadisələr İranın yeni və qeyri-müəyyən mərhələyə keçdiyini göstərir.

TurkicWorld xəbər verir ki, London Kral Kollecinin müəllimi olan ekspertin fikrincə, hazırkı vəziyyət nə tammiqyaslı müharibə, nə də davamlı sülh kimi qiymətləndirilə bilər.

Pinfold bildirib ki, xüsusilə Hörmüz boğazı ətrafında müşahidə olunan proseslər İranın daha ehtiyatlı və gözləmə mövqeyi tutduğunu göstərir.

Onun sözlərinə görə, Tehran hazırkı vəziyyətdə öz mövqeyini qənaətbəxş hesab edir və sanksiyaların ləğvi üçün təcili şəkildə yeni danışıqlara başlamağa çalışmır.

Ekspert qeyd edib ki, ABŞ isə əksinə, razılaşmanın əldə olunmasında daha maraqlı tərəf kimi görünür.

Pinfold ABŞ Prezidenti Donald Trampın son açıqlamalarında müəyyən uyğunsuzluqların hiss olunduğunu da vurğulayıb.

Onun fikrincə, bir tərəfdən sərt xəbərdarlıqlar və mümkün hərbi nəticələrdən danışılır, digər tərəfdən isə yaxın vaxtlarda razılaşmanın əldə oluna biləcəyi ilə bağlı nikbin mesajlar verilir.

Ekspert İsrailin Baş naziri Benyamin Netanyahunun da mürəkkəb vəziyyətlə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, Netanyahu həm ABŞ ilə münasibətləri qorumağa çalışır, həm də daxili ictimaiyyətə sərt təhlükəsizlik siyasəti nümayiş etdirmək məcburiyyətindədir.

Pinfold hesab edir ki, yaxın dövrdə genişmiqyaslı müharibə ehtimalı nisbətən azalsa da, bölgədə uzunmüddətli sülhə nail olunması qarşısında ciddi siyasi maneələr qalmaqdadır.

Mövzuya görə xəbərlər