Fələstin Xəstəliklər Qəzza Səhiyyə Müharibə Müalicə Xaric Rafah keçidi Yaralı Tibbi xidmət

Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 26 xəstə Misir vasitəsilə Rafah keçidindən keçərək xaricdə müalicə almaq üçün Qəzzadan çıxarılıb.

TurkicWorld xəbər verir ki, xəstələr 64 müşayiətçi ilə birlikdə aparılıb. Nazirlik əlavə edib ki, minlərlə xəstə və yaralı hələ də Qəzzadan çıxmaq üçün icazə gözləyir və onların “həyatını xilas edəcək tibbi xidmətləri almaq üçün dərhal çıxışlarının təmin olunmasını” tələb edib.

Qeyd olunur ki, İsrailin Qəzzaya qarşı apardığı müharibə bölgənin səhiyyə sistemini məhv edib. Fələstinli səhiyyə işçiləri xəstələrin müalicəsi üçün zəruri avadanlıq və dərman çatışmazlığından şikayət edirlər.

Mövzuya görə xəbərlər