İsrail Hizbullah cənub Livan Merkava tankı Bofor qalası Raket zərbəsi Qalaat əl-Şakif Əsgər itkisi Logistik mərkəz

Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullah bildirib ki, Livanın Bofor qalası ətrafında İsrailin Merkava tankını raketlə hədəfə alaraq məhv edib.

TurkicWorld xəbər verir ki, İsrail qüvvələri üç gün əvvəl Bofor qalasını ələ keçirmişdi. Qala, cənub Livan şəhəri Nabatiyə yaxınlığında yerləşir və İsrailin Hizbuhalla mübarizəsində simvolik əhəmiyyət daşıyır. Qala ətrafında bir neçə İsrail əsgəri Hizbullah döyüşçüləri və pilotsuz uçuş aparatları tərəfindən öldürülüb.

Hizbullah həmçinin Bofor qalasının yerləşdiyi Qalaat əl-Şakif qəsəbəsinin kənarında yeni yaradılmış İsrail ordusunun logistik dəstək mərkəzini hədəfə aldığını açıqlayıb.

Mövzuya görə xəbərlər