Son dəqiqə

İran Xarici İşlər Nazirliyi Küveyt Yaxın Şərq təhlükəsizlik Raket hücumu Dron hücumu regional eskalasiya Körfəz böhranı

Küveyt İranın raket və dron hücumlarını “təhlükəli eskalasiya” adlandırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt Xarici İşlər Nazirliyi İranın ölkə ərazisinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumlarını sərt şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İranın hücumları “təhlükəli eskalasiya” və “ölkənin suverenliyi ilə təhlükəsizliyinin açıq şəkildə pozulması” kimi qiymətləndirilib.

Nazirlik İranın hücumları dərhal və qeyd-şərtsiz dayandırmasını tələb edib və Tehranı baş verənlərə görə tam məsuliyyət daşıyan tərəf adlandırıb.

Bəyanatda qeyd olunub ki, “Küveyt dövlətinin ərazisini raket və dronlarla hədəf alan cinayətkar İran hücumlarını ən sərt şəkildə qınayırıq”.

Küveyt tərəfi vurğulayıb ki, hadisə regionda gərginliyin azaldılması və sabitliyin qorunması istiqamətində bir sıra dost və qardaş ölkələrin fəal diplomatik səylər göstərdiyi bir dövrdə baş verir.

Açıqlamada həmçinin bildirilib ki, belə hücumlar bölgədə təhlükəsizlik və sabitliyi qorumağa yönəlmiş beynəlxalq və regional təşəbbüsləri zəiflədir və Yaxın Şərqdə vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

Son günlər ABŞ, İran və Körfəz ölkələri arasında artan qarşıdurma fonunda regionda təhlükəsizlik narahatlıqları daha da yüksəlib. Ekspertlər qarşılıqlı hücumların genişmiqyaslı regional böhran riskini artırdığı barədə xəbərdarlıq edirlər.

Mövzuya görə xəbərlər