Son dəqiqə

BMT Təhlükəsizlik Şurası Yaxın Şərq Hörmüz boğazı sülh prosesi Regional Təhlükəsizlik Nüvə Proqramı ABŞ-İran münasibətləri diplomatik danışıqlar Hərbi qüvvələr

Vaşinqton və Tehran arasında yeni mərhələ başlayır?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ–İran qarşıdurmasının dayandırılmasına yönəlmiş mümkün çərçivə razılaşması ilə bağlı yeni detallar açıqlanıb.

TurkicWorld xəbər verir ki, İranın “Mizan” xəbər agentliyinin yaydığı məlumata əsasən, çoxmərhələli sülh prosesinin başlanmasını nəzərdə tutan təklifə dair əlavə məlumatlar ortaya çıxıb.

Məlumata görə, təklif olunan sənəd çərçivəsində ABŞ İran ətrafındakı bölgələrdən hərbi qüvvələrini çıxarmağı öhdəsinə götürür. Bunun regionda yerləşdirilən hərbi qüvvələrə və ya ABŞ-ın müxtəlif bazalarda yerləşən kontingentinə aid olub-olmaması ilə bağlı məsələnin isə əlavə müzakirələr tələb etdiyi bildirilir.

Yayılan məlumatda həmçinin qeyd olunur ki, tərəflər arasında 60 gün ərzində yekun razılaşma əldə olunarsa, sənədin BMT Təhlükəsizlik Şurasının məcburi xarakter daşıyan qətnaməsi formasında təsdiqlənməsi nəzərdə tutulur.

Məlumatlar Vaşinqton və Tehran arasında davam edən diplomatik təmaslar fonunda açıqlanıb. Hazırda əsas müzakirə mövzuları arasında Hörmüz boğazında dəniz hərəkətinin bərpası, sanksiyaların yumşaldılması, İranın nüvə proqramı və regiondakı hərbi mövcudluq məsələləri yer alır.

Qeyd olunur ki, yayılan detallar hələlik ilkin mərhələyə aiddir və tərəflər tərəfindən yekun razılaşma kimi rəsmi təsdiq edilməyib.

Mövzuya görə xəbərlər