Son dəqiqə

Misir Qətər Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Pakistan vasitəçiliyi sülh danışıqları ABŞ-İran münasibətləri Yaxın Şərq siyasəti regional diplomatiya gərginliyin azaldılması Bədr Əbdülatti

Qətər və Misir diplomatik təmasları genişləndirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Regionda davam edən diplomatik proseslər çərçivəsində yeni təmas baş tutub.

TurkicWorld xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani MisirinYaxın Şərq siyasəti xarici işlər naziri Bədr Əbdülatti ilə telefon danışığı aparıb.

Dohanın yaydığı məlumata görə, tərəflər ABŞ–İran qarşıdurması fonunda yaranmış vəziyyəti və bölgədə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı Pakistanın vasitəçilik təşəbbüsləri və bu səylərin hansı yollarla daha da gücləndirilə biləcəyi ətrafında fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, tərəflər mövcud böhranların həlli üçün dialoq və siyasi vasitələrin vacibliyini vurğulayıb, hərbi eskalasiyanın qarşısını alacaq və uzunmüddətli sabitliyi təmin edəcək dayanıqlı razılaşmanın əldə edilməsinin əhəmiyyətini qeyd ediblər.

Müşahidəçilərin fikrincə, regional vasitəçilik təşəbbüslərinin intensivləşməsi Yaxın Şərqdə diplomatik proseslərə yeni dinamika qazandıra bilər.

Mövzuya görə xəbərlər