BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında davam edən diplomatik proseslərlə bağlı ABŞ Prezidenti Donald Trampın son açıqlamaları diqqət çəkib. Tramp bildirib ki, hazırkı mərhələdə hadisələrin inkişafı iki fərqli istiqamətdə davam edə bilər: ya diplomatik razılaşma əldə olunacaq, ya da gərginlik yenidən artacaq.
TurkicWorld xəbər verir ki, Donald Tramp İranla bağlı prosesdə mümkün ssenarilərin ehtimalını “50/50” kimi qiymətləndirib. Onun sözlərinə görə, tərəflər ya “yaxşı bir razılaşma” əldə edəcək, ya da proses fərqli istiqamətdə inkişaf edə bilər.
ABŞ prezidenti bildirib: “Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya yaxşı bir razılaşma əldə olunacaq, ya da başqa yol seçiləcək.
Açıqlamada həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı yayılan narahatlıq iddialarına da toxunulub və bu barədə deyilənlər təkzib edilib.







