Son dəqiqə

hərbi əməliyyatlar Livanın cənubu sərhəd təhlükəsizliyi İsrail-Livan gərginliyi məcburi köçürülmə təxliyə əmri Nəbatiyyə bölgəsi

Livanda yeni təxliyə dalğası: İsrail 11 yaşayış məntəqəsi üçün əmr verdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən bir sıra yaşayış məntəqələri üçün yeni məcburi köçürülmə xəbərdarlığı yayıb. Bölgədə artan hərbi gərginlik fonunda sakinlərə əraziləri dərhal tərk etmək çağırışı edilib.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı məlumatda ümumilikdə 11 yaşayış məntəqəsinin əhalisinə təxliyə əmri verildiyi bildirilib. Siyahıya ən-Nəbatiyyə ət-Tahta, Kəfr Tibnit, Zibdin, Arab Salim, Kəfr Rumman, Habbuş, Blat, Deyr Qanun ən-Nəhr, Haruf və Cəbşit qəsəbələri daxil edilib.

Məlumata əsasən, sakinlərə yaşadıqları əraziləri dərhal tərk edərək ən azı 1000 metr məsafədə yerləşən açıq ərazilərə çəkilmələri tapşırılıb.

Bu addım son günlər İsrail və Livan arasında artan hərbi fəaliyyətin yeni mərhələyə keçdiyi barədə narahatlıqları daha da artırıb. Son dövrlərdə Livanın müxtəlif bölgələrinə qarşı həyata keçirilən hava və pilotsuz aparat hücumları nəticəsində ölən və yaralananların olduğu bildirilirdi.

Müşahidəçilər hesab edirlər ki, genişmiqyaslı köçürülmə xəbərdarlıqları sərhəd bölgələrində mümkün yeni hərbi əməliyyatlara hazırlıq siqnalı kimi də qiymətləndirilə bilər.

Mövzuya görə xəbərlər