BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran üzrə yüksək rütbəli komandiri Həsən Həsənzadə ölkəsinin müdafiə əməliyyatları mərhələsini geridə qoyduğunu və hücum əməliyyatlarına başlamaq ərəfəsində olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Həsənzadə bunu münaqişədə dönüş nöqtəsi adlandıraraq nəticələrinin İranın rəqibləri tərəfindən yaxın zamanda hiss ediləcəyini iddia edib.
“Biz ölkənin istənilən nöqtəsinə yüksək sürətlə çatmağa və istənilən şəraitdə düşməni məhv etməyə hazırıq. Sürətli yerdəyişmə, ixtisaslaşmış və xüsusi əməliyyatlar üzrə imkanlarımız son illərdə keçirilən çoxsaylı təlimlər nəticəsində inkişaf etdirilib”, – deyə Həsənzadə bildirib.
SEPAH komandiri ABŞ Prezidenti Donald Trampın İranın hərbi imkanlarının məhv edildiyinə dair açıqlamalarını da təkzib edib.
Həsənzadənin sözlərinə görə, İran qüvvələri son illərdə keçirdikləri hərbi təlimlər vasitəsilə sürətli yerləşdirmə və xüsusi əməliyyat imkanlarını genişləndiriblər.







