BAKI,TurkicWorld Yusif Şərifzadə
İran və Yaponiya arasında diplomatik təmaslar davam edir. Tərəflər telefon danışığı zamanı həm ikitərəfli münasibətləri, həm də regionda baş verən son hadisələri müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi arasında telefon danışığı baş tutub.
İran xarici siyasət rəhbərinin rəsmi açıqlamasına əsasən, tərəflər görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regionda və beynəlxalq gündəmdə baş verən son proseslər ətrafında fikir mübadiləsi aparıblar. Məlumatda müzakirələrin detalları açıqlanmasa da, Yaxın Şərqdə davam edən gərginlik fonunda diplomatik təmasların əhəmiyyəti diqqət çəkir.
Son dövrdə regionda təhlükəsizlik və siyasi proseslərin aktivləşməsi fonunda bir sıra ölkələr arasında diplomatik məsləhətləşmələrin intensiv xarakter aldığı müşahidə olunur.







