BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında tranzit üçün rüsum tətbiq etməsi təklifinə münasibət bildirərək, Vaşinqtonun bunun əleyhinə olduğunu deyib.
TurkicWorld xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ hazırda İran limanlarına tətbiq edilən blokada vasitəsilə Hörmüz boğazına “tam nəzarət” etdiyini düşünür:
“Biz Hörmüz boğazına tam nəzarət edirik, bildiyiniz kimi, blokada vasitəsilə. Blokada 100 faiz effektivdir. Heç kim oradan keçə bilməyib; bu, sanki polad divar kimidir.”
O eyni zamanda İranın rüsum planına toxunaraq bildirib: “Biz istəyirik ki, bu su yolu azad olsun, rüsum olmasın. Bu beynəlxalq su yoludur.”







