BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın Hörmüz boğazında tranzit üçün rüsum (toll) sistemi tətbiq etməsi Vaşinqtonla Tehran arasında mümkün diplomatik razılaşmanı “mümkünsüz” edər.
TurkicWorld xəbər verir ki, Rubio Reuters-ə açıqlamasında qeyd edib ki, belə bir sistem beynəlxalq səviyyədə qəbul edilmir və qlobal ticarət üçün təhlükə yaradır. O, daha əvvəl də vurğulamışdı ki, ABŞ İranın boğazdan keçən gəmilərdən ödəniş tələb etməsini və ya hansı gəmilərin keçəcəyinə qərar verməsini “qəbul etməyəcək” və bunu beynəlxalq su yollarına nəzarət cəhdi kimi qiymətləndirir.
Rubionun sözlərinə görə, əgər İran Hörmüzdə belə bir rüsum mexanizmini davam etdirsə, bu, danışıqlar prosesini ciddi şəkildə zədələyəcək və razılaşma imkanlarını aradan qaldıracaq.







