BAKI,TurkicWorld Yusif Şərifzadə
İsrail qüvvələri Qlobal Sumud Flotiliyasının tərkibində olan gəmilərdən birini ələ keçirib. Flotiliyanın internet üzərindən yayımlanan izləmə məlumatına görə, gəmi Qəzzadan təxminən 82 dəniz mili (təxminən 150 kilometr) məsafədə saxlanılıb.
TurkicWorld xəbər verir ki, saytda yayımlanan canlı görüntülərdə İsrail qüvvələrinin rezin qayıqla “Andros” adlı gəmiyə yaxınlaşdığı, aktivistlərin isə əllərini havaya qaldırdığı əks olunub. Daha sonra ekran qaralıb və gəminin ələ keçirildiyi bildirən mesaj yayımlanıb.
Qlobal Sumud Flotiliyasının izləmə məlumatına əsasən, indiyədək İsrail qüvvələri tərəfindən 61 gəmi saxlanılıb, doqquz gəmi isə Qəzzaya doğru hərəkətini davam etdirir.





