BAKI,TurkicWorld Yusif Şərifzadə
Livanın cənubunda təhlükəsizlik vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.
TurkicWorld xəbər verir ki, Hizbullah “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda Livanın cənubunda yerləşən Xiyam qəsəbəsində toplaşmış İsrail əsgərlərinə qarşı pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini bildirib.
Qruplaşmanın açıqlamasına görə, hücum İsrailin atəşkəsi pozduğu iddiaları və mülki şəxslərin ölümü və yaralanması ilə nəticələndiyi bildirilən kəndlərə qarşı hücumlara cavab məqsədilə həyata keçirilib.






