BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun Hizbullaha qarşı hərbi əməliyyatları davam etdirməyə və yeni ərazilərə zərbələr endirməyə hazır olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, İsrael Kats bu açıqlamanı İsrail ordusunun Livanın cənubundakı Əli ət-Tahir yüksəkliyində yerləşən tunel şəbəkəsindən Hizbullah döyüşçülərini çıxardığını bildirməsindən sonra verib.
“Əməliyyatları davam etdirməyə, Hizbullaha və əlavə mövqelərə zərbələr endirməyə hazırıq”, – deyə Kats bildirib.
İsrail müdafiə nazirinin açıqlaması Livanın cənubunda hərbi gərginliyin davam etdiyi və İsrail qüvvələrinin Hizbullahın mövqelərinə qarşı əməliyyatlarını genişləndirməyə hazırlaşdığı bir vaxtda səsləndirilib.






