Son dəqiqə

Livan-İsrail danışıqları Nəbih Berri açıqlaması Hizbullah silahsızlaşdırma Səudiyyə-İran-ABŞ çətiri Livan daxili siyasət optimist-pessimist mövqe regional diplomatiya

Livan Parlament spikeri Berri danışıqlara münasibətini açıqlayıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

Livan parlamentinin spikeri və ölkənin ən nüfuzlu şiə siyasətçilərindən biri Nəbih Berri müharibənin dayandırılması və Hizbullahın silahsızlaşdırılması məqsədilə Livan ilə İsrail arasında aparılan hazırkı danışıqlara münasibətdə “optimist-pessimist” olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Berri qeyd edib ki, danışıqlar başa çatdıqdan sonra sözünü deyəcək və İsraillə əldə olunacaq hər hansı razılaşmanın “Səudiyyə Ərəbistanı–İran–ABŞ çətiri” altında olmalı olduğunu vurğulayıb.

Berri hələlik danışıqlara “xeyir-dua” verməyib və bu məsələ Livanın daxili siyasi gündəmində ciddi mübahisələrə səbəb olur.

Mövzuya görə xəbərlər