BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə və İran arasında yüksək səviyyəli siyasi təmas baş tutub.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Ankara rəhbərliyinin sülh danışıqlarına dəstəyini davam etdirəcəyini bildirib.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan regionda davam edən münaqişələrin müsəlman dünyasında müqəddəs bayram günlərinə kölgə saldığını qeyd edib.
Ərdoğan həmçinin İran xalqının üzləşdiyi çətinlikləri dəf edə biləcəyinə inandığını ifadə edib.
Telefon danışığı zamanı Türkiyə Prezidentinin bölgədə gərginliyin azaldılması, qarşıdurmaların genişlənməsinin qarşısının alınması və tərəflər arasında dialoqun davam etdirilməsi üçün diplomatik təşəbbüslərə dəstəyin davam etdiriləcəyini vurğuladığı bildirilib.
Regional müşahidəçilər hesab edirlər ki, Ankara və Tehran arasında diplomatik təmasların davam etməsi Yaxın Şərqdə siyasi proseslər baxımından diqqət çəkən amillərdən biridir.







