BAKI,TurkicWorld Yusif Şərifzadə
Bu həftə İsrailin buldozerləri, Qüdsün cənub-şərqində yerləşən bir şəhər kənarında onlarla Fələstin dükanını sökərək, işğal altındakı İordan çayının qərb sahilində məskunlaşma yolu layihəsi üçün ərazini təmizləyib.
TurkicWorld xəbər verir ki, “Peace Now” adlı məskunlaşma əleyhinə qrupun direktoru, sökülən dükanların yerində İsrailin yeni yol inşa etməyi planlaşdırdığını və bu yolun Fələstin hərəkətini yönləndirərək E1 bölgəsinin fələstinlilər üçün bağlanmasına səbəb olacağını bildirib.
Söküntülər çərşənbə axşamı Əl-İzariyə (al-Eizariya) şəhərində həyata keçirilib. Sahiblərdən bəziləri bir həftə əvvəl "icazəsiz tikinti" səbəbi ilə evakuasiya bildirişi almışdı. Hüquqşünaslar İsrailin Ali Məhkəməsinə müraciət etsələr də, söküntülər dayandırılmayıb.
Hüquq müdafiə təşkilatları və beynəlxalq dəstəkli Fələstin Administrasiyası, bu addımların İsrailin nəqliyyat infrastrukturunu yenidən qurmaq və israilli və fələstinli vətəndaşlar üçün ayrı yol sistemləri yaratmaq planları ilə bağlı olduğunu bildirirlər.







