Bəhreyn ABŞ- İran gərginlikləri İran ABŞ dolayı danışıqları ABŞ İran gərginliyi

Bəhreyn İranın düşmənçilik aktlarını dəstəkləyən 69 nəfəri vətəndaşlıqdan çıxarıb

BAKI,TurkicWorld, Nailə Babazadə

Bəhreyn krallığında milli təhlükəsizliyin qorunması və xarici təhdidlərin daxili dəstəkçilərinə qarşı mübarizə məqsədilə kəskin hüquqi addımlar atılıb.

TurkicWorld xəbər verir ki, hakimiyyət orqanları İranın Bəhreynə qarşı həyata keçirdiyi düşmənçilik hərəkətlərini təqdir edən və bu aktlara rəğbət bəsləyən şəxsləri vətəndaşlıqdan məhrum etməyə başlayıb. Kralın birbaşa göstərişinə əsasən, İranın cinayət xarakterli fəaliyyətlərini tərifləyən, əslən Bəhreyn mənşəli olmayan 69 nəfərin vətəndaşlığı dərhal ləğv edilib.

Kral Həməd bin İsa Əl Xəlifə vəliəhd şahzadə və Baş nazir Salman bin Həməd Əl Xəlifəyə dövlətin sabitliyini sarsıdan şəxslərə qarşı ləngimədən ən sərt tədbirləri görməyi tapşırıb. Bu tapşırıq çərçivəsində milli təhlükəsizliyi hədəf alan şəxslərin vətəndaşlıq hüquqları yenidən nəzərdən keçirilir. Kral qeyd edib ki, dövlət müharibənin fəsadlarını aradan qaldırmaqda tam qətiyyətlidir və həm müdafiə, həm də iqtisadiyyat sahəsindəki çatışmazlıqların həlli üçün xüsusi proqramlar tətbiq olunacaq.

Bəhreyn rəhbərliyi vətənə xəyanət edən və ya ölkənin əmin-amanlığını pozan hər kəsə qarşı heç bir güzəştin olmayacağını bəyan edib. Bildirilib ki, vətəndaşlıq böyük bir etimaddır və bu etimadı sui-istifadə edənlərə qarşı qanun çərçivəsində həlledici addımlar atılacaq. Bu tədbirlər xüsusilə İranın ABŞ və İsrail ilə münaqişəsi fonunda Bəhreynə və digər Körfəz ölkələrinə qarşı artan hücumları zamanı daxili cəbhəni möhkəmləndirmək məqsədi daşıyır.

Mövzuya görə xəbərlər