BAKI,TurkicWorld,Yusif Şərifzadə
Bəhreyn və Misirin xarici işlər nazirləri Hörmüz boğazında gəmiçiliyin pozulmasının beynəlxalq ticarətə təsirini müzakirə ediblər. Tərəflər bölgədə təhlükəsizlik və sabitliyin dəstəklənməsi üçün regional səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
TurkicWorld xəbər verir ki, Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani misirli həmkarı Bədr Əbdülətti ilə telefon danışığı aparıb.
Bəhreynin Milli Xəbər Agentliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Hörmüz boğazındakı vəziyyəti və gəmiçiliyin pozulmasının beynəlxalq ticarətə təsirini müzakirə ediblər.
Nazirlər bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş regional səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.







