Son dəqiqə

İran Hava hücumundan müdafiə ABŞ İran gərginliyi İran ordusu Əlirza Elhami

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın birgə hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Əlirza Elhami ölkəsinin hazırda və gələcəkdə istənilən qarşıdurmaya hazır olduğunu bildirib. O, təhlükənin hələ aradan qalxmadığını və İranın müdafiə imkanlarını gücləndirdiyini deyib.

TurkicWorld xəbər verir ki, Əlirza Elhami İranın “Fars” xəbər agentliyinə açıqlamasında ölkənin hava hücumundan müdafiə sistemlərinin tam özünütəminetmə səviyyəsinə çatdığını bildirib.

General qeyd edib ki, İran hava hücumundan müdafiə sahəsində xarici asılılığı aradan qaldırıb və ölkə öz imkanları hesabına müdafiə sistemlərini inkişaf etdirir.

Onun sözlərinə görə, İran hava hücumundan müdafiə qüvvələri ölkənin milli güc anlayışına yeni yanaşma təqdim edib.

Elhami bildirib ki, mövcud təhlükələr davam etdiyi üçün İran həm bu gün, həm də gələcəkdə mümkün qarşıdurmalara hazır olmalıdır.

İranlı komandanın açıqlaması ölkə ilə ABŞ və İsrail arasında gərginliyin davam etdiyi bir vaxtda verilib.

Mövzuya görə xəbərlər