Son dəqiqə

Donald Tramp ABŞ- İran gərginlikləri İran ABŞ dolayı danışıqları ABŞ İran gərginliyi

Səfərin ləğvi müharibənin yenidən başlayacağı mənasına gəlmir - Tramp

BAKI,TurkicWorld, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp, nümayəndə heyətinin Pakistan səfərini son anda ləğv etməsinin regionda hərbi əməliyyatların yenidən başlayacağı mənasına gəlmədiyini bəyan edib.

TurkicWorld xəbər verir ki,"Axios" xəbər portalına açıqlama verən Tramp, "Xeyr, bu, elə bir şey demək deyil. Hələ ki, müharibənin yenidən başlamasını düşünməmişik" deyərək gərginliyi müəyyən qədər səngidib.

Prezident "Fox News" telekanalına verdiyi müsahibədə xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin səfərinin ləğv edilməsinin pərdəarxası məqamlarına toxunub. O, komandasına müraciətlə, "Oraya getmək üçün 18 saatlıq uçuş etməyəcəksiniz. Sadəcə oturub boş-boş söhbətlər etmək naminə bu qədər vaxt itirməyə ehtiyac yoxdur. Əlimizdə bütün diplomatik və iqtisadi vasitəçilər (kozlar) mövcuddur, bizi istədikləri vaxt zəng edib tapa bilərlər" deyə bildirib.

Bu bəyanat İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabaddan ayrılmasından dərhal sonra səslənib. İran tərəfinin ABŞ nümayəndələri ilə birbaşa görüşdən imtina etməsi və yalnız Pakistan vasitəsilə dolaylı mesajlaşmaya üstünlük verməsi Trampın bu qərarında həlledici rol oynayıb. Tramp vurğulayıb ki, ABŞ artıq nəticəsiz və dolaylı danışıqlara vaxt itirmək niyyətində deyil.

Eyni zamanda sosial media hesabından da paylaşım edən Tramp, İranda ciddi bir "liderlik qarışıqlığı" olduğunu iddia edib. O, İranda qərarlara kimin məsuliyyət daşıdığının məlum olmadığını, bütün strateji üstünlüyün isə Vaşinqtonun əlində olduğunu bildirib. Trampın mesajı birdir: "Onların əlində heç bir üstünlük yoxdur. Əgər danışmaq istəyirlərsə, sadəcə zəng etmələri kifayətdir." Bu gedişat göstərir ki, ABŞ rəhbərliyi hərbi yoldan çox, diplomatik təzyiqi və "zəng gözləmə" strategiyasını ön plana çıxarıb.

Mövzuya görə xəbərlər