Son dəqiqə

Antoniu Quttereş ABŞ- İran gərginlikləri Romada İran-ABŞ görüşü İran ABŞ dolayı danışıqları ABŞ İran gərginliyi

BMT-nin baş katibi ABŞ və İranı danışıqları davam etdirməyə çağırıb

BAKI,TurkicWorld

BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İran arasında danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.

TurkicWorld-in məlumatına görə, bu barədə A. Quterreş jurnalistlərə deyib.

O, uzun sürən və mürəkkəb münaqişənin ilk sessiyada həll edilməsi gözləntisini qeyri-real adlandırıb.

"Deməliyəm ki, bu danışıqların davam etdirilməsinin son dərəcə vacib olduğunu düşünürəm. Düşünürəm ki, belə mürəkkəb və uzun müddətdir davam edən bir məsələnin danışıqların ilk sessiyasında həll olunacağını gözləmək qeyri-real olardı. Ona görə də, danışıqların davam etməsinə və danışıqlar davam etdikcə atəşkəsin qorunmasına ehtiyacımız var", - deyə o bildirib.

Mövzuya görə xəbərlər