Son dəqiqə

İran ABŞ Donald Tramp ABŞ İran gərginliyi Hörmüz boğazı İran xarici işlər nazirinin müavini İran Xarici İşlər Nazirliyi İranın Ali Məhkəməsi

İran rəsmiləri Trampın Hörmüz boğazı ilə bağlı son təhdidlərinə cavab verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran rəsmiləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son sərt açıqlamalarına cavab verərək Tehranın mövqeyinin dəyişmədiyini bildiriblər. İran tərəfi boğazdakı mövcud vəziyyətin ABŞ-ın hərbi fəaliyyətləri ilə əlaqədar yarandığını və ölkənin bu məsələdə təzyiq qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmüz boğazında mövcud vəziyyətin və təhlükəsizliklə bağlı problemlərin ABŞ-ın bölgədəki hərbi hərəkətləri nəticəsində yarandığını bildirib.

İranın Ali Məhkəməsinin rəhbəri isə Trampın açıqlamalarına daha sərt münasibət göstərərək ABŞ prezidentini cinayətkar və düşüncəsiz siyasətçi adlandırıb.

O, Hörmüz boğazının İran İslam Respublikasına məxsus olduğunu bildirib və Tehranın boğaz üzərindəki mövqeyindən geri çəkilməyəcəyinə işarə edib.

İran xarici işlər nazirinin müavini də Trampın son açıqlamalarına cavab verərək Hörmüz boğazının nə sosial şəbəkədə yayımlanan bir paylaşım, nə də hərbi təyyarə vasitəsilə ələ keçirilə biləcəyini deyib.

İran rəsmilərinin açıqlamaları ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı qarşıdurmanın diplomatik müstəvidən kənara çıxmaq təhlükəsinin artdığı bir vaxtda səslənib.

Tehran ABŞ-ın bölgədəki hərbi fəaliyyətlərini boğazda təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir.

ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazı ilə bağlı təzyiq siyasətini davam etdirir və İranın boğaz üzərindəki nəzarətinə qarşı sərt mövqe nümayiş etdirir.

Mövzuya görə xəbərlər