BAKI,TurkicWorld,Yusif Şərifzadə
Rusiya dövlət nüvə korporasiyası “Rosatom” İranın Buşehr Atom Elektrik Stansiyasında fəaliyyət göstərən əməkdaşlarının geri qaytarılmasına başlayır.
TurkicWorld xəbər verir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçovun açıqlamasına görə, şirkət Buşehr nüvə obyektinə ilk altı əməkdaşını yenidən göndərir.
Məlumata görə, “Rosatom” ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara başlamasından sonra təhlükəsizlik səbəbilə yüzlərlə əməkdaşını Buşehrdən təxliyə etmişdi.
Rusiya şirkəti hazırda Buşehr Atom Elektrik Stansiyasında iki yeni enerji blokunun inşasını həyata keçirir.
Mühəndislərin geri qayıtması obyektin fəaliyyətinin və tikinti layihələrinin mərhələli şəkildə bərpası istiqamətində addım kimi qiymətləndirilir.
Buşehr nüvə stansiyasının təhlükəsizliyi son dövrdə ABŞ-İran gərginliyi və regiondakı hərbi qarşıdurmalar fonunda beynəlxalq diqqət mərkəzindədir.







