Son dəqiqə

Giorgia Meloni Donald Tramp Papa XIV Leo

Meloni Donald Trampın Papa haqqındakı sözlərini kəskin pisləyib

BAKI,TurkicWorld, Nailə Babazadə

İtaliyanın Baş naziri Giorgia Meloni bazar ertəsi günü ABŞ Prezidenti Donald Trampın Papa XIV Leonu tənqid etməsini "qəbulolunmaz" adlandıraraq pisləyib.

TurkicWorld xəbər verir ki, Meloni etdiyi açıqlamada Papanın Katolik kilsəsinin rəhbəri olduğunu və onun sülhə çağırış edərək müharibənin bütün formalarını qınamasının tamamilə normal olduğunu bildirib. Bu bəyanat Tramp və Avropa liderləri arasında körpü rolunu oynamağa çalışan Meloninin ABŞ prezidentinə qarşı nadir sərt çıxışlarından biri kimi qiymətləndirilir.

Xatırladaq ki, Donald Tramp Papanı İranın nüvə silahı istəyinə göz yummaqda ittiham edərək onun xarici siyasətdə "zəif" olduğunu iddia etmişdi. Papa XIV Leo isə Əlcəzairə səfəri zamanı təyyarədə jurnalistlərə bildirib ki, müharibəyə qarşı çıxmaq onun mənəvi borcudur və o, Tramp administrasiyasından qorxmur. İtaliyalı siyasətçilər və hər iki ölkənin yepiskopları da Papanın müdafiəsinə qalxaraq Trampın sözlərinə etiraz ediblər.

Mövzuya görə xəbərlər