Son dəqiqə

Donald Tramp İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran münaqişəsi Tramp İsrailin ABŞ-yə İran hücumu təzyioqi İran ordusu ABŞ və İsrailə sərt mesaj verdi İran-İsrail müharibəsi

İran rəsmilərinin sağ qalmasının yeganə səbəbi danışıqlardır - Tramp

BAKI,TurkicWorld, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə ünvanladığı son bəyanatında Tehranın diplomatik və hərbi mövqeyini sərt şəkildə tənqid edib. Tramp İran rəsmilərinin həyatda qalmasını birbaşa olaraq davam edən sülh prosesi ilə əlaqələndirib.

TurkicWorld xəbər verir ki, prezident Tramp bildirib ki, İran beynəlxalq su yollarından istifadə edərək dünyanı şantaj etməkdən başqa heç bir siyasi gücə malik deyil:

"Görünür, iranlılar fərqində deyillər ki, beynəlxalq su yollarından istifadə edərək dünyanı şantaj etməkdən başqa əllərində heç bir kozır yoxdur."

Tramp bəyanatının ən qalmaqallı hissəsində İran rəsmilərinin fiziki varlığının birbaşa Vaşinqtonun sülh iradəsindən asılı olduğuna işarə edib:

"Bu gün İran rəsmilərinin sağ qalmasının yeganə səbəbi danışıqlar aparmaqdır."

Şantaj diplomatiyası və Hörmüz gərginliyi

Trampın bu sözləri Tehranın Hörmüz boğazını bağlamaq hədələrinə və beynəlxalq ticarət yollarındakı gərginliyə birbaşa cavabdır. Analitiklər hesab edirlər ki, Tramp bu cür "ölümcül" ritorika ilə İslamabadda keçiriləcək görüş öncəsi İran nümayəndə heyətinə psixoloji təzyiqi maksimuma çatdırmaq və onları qeyd-şərtsiz güzəştə məcbur etmək istəyir.

Bu bəyanat həm də onu göstərir ki, Vaşinqton üçün atəşkəs rejimi olduqca kövrəkdir və danışıqlarda irəliləyiş olmasa, ABŞ hərbi güc tətbiqinə qayıtmağa tam hazırdır.

Mövzuya görə xəbərlər