Bakı. TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna münaqişəsinin həlli istiqamətində gücləndirilmiş diplomatik səylərin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
"Prezident Ərdoğan Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün gücləndirilmiş diplomatik səylərin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib. O, Türkiyənin bu səylərə töhfə verməyə davam edəcəyini, həmçinin bu prosesdə həm Ukrayna, həm də Rusiya ilə əlaqələrin genişləndirilməsinin vacib olduğunu vurğulayıb", – deyə bəyanatda qeyd olunub.







