Son dəqiqə

İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi İran-İsrail müharibəsi Hörmüz boğazı

Hörmüz boğazından tranzit üçün ödənişlər İranın milli valyutası olan rial ilə ödəniləcək - İran

BAKI,TurkicWorld, Nailə Babazadə

İran Parlamenti Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydaları ehtiva edən qanun layihəsinin detallarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, hazırlanan yeni layihəyə əsasən, boğazdan "təhlükəsiz keçid" üçün alınacaq ödənişlər yalnız İranın milli valyutası olan rial ilə qəbul ediləcək.

Əzizi qeyd edib ki, qanun layihəsi təsdiqləndikdən sonra Hörmüz boğazı tamamilə İran Silahlı Qüvvələrinin genişmiqyaslı nəzarəti altına keçəcək. Bu addım regionda təhlükəsizliyin təmin edilməsi və İranın suveren hüquqlarının qorunması məqsədi daşıyır. Komissiya sədri həmçinin boğazın idarəedilməsi və təhlükəsizliyi mövzusunda qonşu Oman dövləti ilə xüsusi əməkdaşlıq sazişinin imzalana biləcəyini də istisna etməyib.

Keçid haqlarının rial ilə ödənilməsi tələbi beynəlxalq gəmiçilik şirkətləri üçün yeni bir mexanizm deməkdir. Ekspertlər bu addımı həm iqtisadi, həm də siyasi manevr kimi qiymətləndirirlər. Tehran bu yolla beynəlxalq ticarətdə milli valyutasının rolunu artırmağı və strateji su yolundakı dominantlığını hüquqi müstəvidə möhkəmləndirməyi hədəfləyir.

Mövzuya görə xəbərlər