Son dəqiqə

Fələstin İsrail Əl-Əqsa məscidi İtamar Ben Qvir Məscidül-Əqsaya basqın Məscidül-Əqsaya məhdudiyyətlər Qüds

Məscid-i Əqsa 41 günlük qadağadan sonra ibadətə açıldı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb.

TurkicWorld xəbər verir ki, 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.

Qeyd edək ki, gərginlik dövründə İsrail tərəfi yalnız müsəlmanların müqəddəs məkanını deyil, həm də xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən Qiyamət kilsəsini də bağlamışdı. Bu müddət ərzində Məscid-i Əqsaya yalnız vəqf işçilərinin girişinə icazə verilirdi. Aprelin 6-da isə İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məscid bağlı olduğu halda oraya basqın təşkil edərək gərginliyi daha da artırmışdı.

Məscidin ibadətə açılması ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından sonraya təsadüf edir. Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması şərti ilə 2 həftəlik atəşkəsi qəbul etdiyini elan edib. Türkiyə, Pakistan və Misirin vasitəçiliyi ilə əldə olunan bu razılaşma çərçivəsində yaxın 15 gün ərzində İslamabadda yekun sülh danışıqlarının aparılması planlaşdırılır. İsrail rəhbərliyi atəşkəsi dəstəklədiyini bildirsə də, Livan cəbhəsini bu sazişə daxil etməyərək hücumlarını davam etdirir.

Mövzuya görə xəbərlər