BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranın Buşəhr atom elektrik stansiyası ətrafında hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edir, obyektin mühafizə xəttinə zərbə endirilməsi nəticəsində ilk ölüm halı qeydə alınıb.
TurkicWorld xəbər verir ki, "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Bəsrə körfəzi zonasında vəziyyətin kəskin pisləşməsini şərh edərkən bildirib ki, nüvə tərkibli insident riskləri hər gün daha da artır. Şənbə günü səhər saatlarında baş verən faciəvi hadisə də bunu təsdiqləyir.
Məlumata görə, 4 aprel tarixində Moskva vaxtı ilə saat 07:20-də mərmi birbaşa stansiyanın fiziki mühafizə konturuna düşüb. Hücum nəticəsində AES-in təhlükəsizlik xidmətinin əməkdaşı, İran vətəndaşı həlak olub. Aleksey Lixaçov vurğulayıb ki, bu, münaqişə başlayandan bəri obyektdə rəsmi qeydə alınan ilk ölüm hadisəsidir. O, zərbənin təsadüfi və ya məqsədyönlü olmasından asılı olmayaraq, artıq baş verdiyini qeyd edib.







