BAKI, TurkicWorld
İspaniyanın nüfuzlu "El Pais" qəzetinin yaydığı məlumata görə, rəsmi Madrid ABŞ-ın İrana qarşı apardığı müharibədə iştirak edən hərbi təyyarələr üçün ölkənin hava məkanını bağlamaq qərarına gəlib.
TurkicWorl-un məlumatına görə xəbərdə bildirilir ki, İspaniya hökuməti bölgədəki gərginliyin artmasından narahatdır və öz ərazisindən hərbi məqsədlər üçün istifadə olunmasına icazə vermir. Bu qərar xüsusilə İrana qarşı hərbi əməliyyatlarda birbaşa və ya dolayısı ilə iştirak edən ABŞ uçuşlarını əhatə edir.
"El Pais" qəzeti qeyd edir ki, Madridin bu addımı NATO daxilindəki müttəfiqlər arasında, xüsusən də Vaşinqton və Madrid münasibətlərində müəyyən suallar yarada bilər. Lakin İspaniya rəhbərliyi münaqişənin genişlənməsinin qarşısını almaq üçün bu addımı zəruri hesab edir.







