BAKI,TurkicWorld
Qətərin Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən Al Tani ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq və Mərkəzi Asiya məsələləri üzrə müdafiə nazirinin köməkçisi Maykl DiMino ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüş Maykl DiMinonun Qətərə səfəri çərçivəsində keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Görüşdə Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Cassim bin Məhəmməd Al Mannai, həmçinin hər iki tərəfdən bir sıra yüksək rütbəli zabitlər iştirak ediblər.
Müzakirələr Qətər və ABŞ arasında müdafiə sahəsində mövcud əlaqələrin davam etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini əhatə edib.







