Son dəqiqə

İran ABŞ İsmayıl Bəqai Vaşinqton-Tehran İran Xarici İşlər Nazirliyi

İran ABŞ administrasiyasının hansı açıqlamalarını tənqid edib?

BAKI,TurkicWorld

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ administrasiyasının Tehrana qarşı irəli sürdüyü ittihamları tənqid edərək, Vaşinqtonu “proyeksiya” siyasətində ittiham edib.

TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ABŞ-ın İranla bağlı səsləndirdiyi ittihamlar əslində Vaşinqtonun özü tərəfindən başladıldığı, həyata keçirildiyi və ya dəstəkləndiyi addımları təsvir edir.

İran rəsmisi Ağ Evin Tehrana qarşı irəli sürdüyü iddialar siyahısını “reallıqdan qaçış” kimi qiymətləndirib.

Bəqayi paylaşımında Bibliyadan sitat gətirərək ABŞ mövqeyini tənqid edib və “Pis insanlar onları təqib edən olmadığı halda qaçarlar” ifadəsini qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlaması ABŞ və İran arasında davam edən siyasi gərginlik fonunda verilib. Tərəflər son dövrdə qarşılıqlı ittihamlarla çıxış edirlər.

Mövzuya görə xəbərlər