Son dəqiqə

İran ABŞ BMT Baş Assambleyası Donald Tramp Vaşinqton nüvə silahı

Aralıq seçkilərindən sonra İranla sülh razılaşması əldə oluna bilər - Tramp

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında İranla davam edən münaqişənin Tehranın nüvə silahı əldə etməsinin qarşısını aldığını bildirib. O, münaqişəyə son qoyacaq razılaşma əldə edilməyəcəyi təqdirdə İrana qarşı daha ağır hərbi addımların atıla biləcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Tramp noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İranla razılaşmanın əldə olunacağına inandığını deyib. O, digər ölkələri də İranı iqtisadi baxımdan təcrid etməyə çağıraraq bunun Tehranı danışıqlar masasına gətirə biləcəyini bildirib.

ABŞ Prezidenti çıxışında Kuba ilə bağlı məsələlərə də toxunub. Tramp Kubadakı kommunist hakimiyyətinin ciddi təzyiq altında olduğunu və ölkədə dəyişikliklərin baş verəcəyini iddia edib. O, Kubanı uğursuz dövlət adlandıraraq adaya azadlığın gələcəyini söyləyib.

Trampın Kuba ilə bağlı açıqlamaları zamanı bu ölkənin nümayəndə heyəti Baş Assambleyanın iclas zalını tərk edib. ABŞ Kubaya qarşı 60 ildən artıqdır iqtisadi və ticarət məhdudiyyətləri tətbiq edir. Tramp administrasiyası isə son dövrdə Havanaya təzyiqi artırıb.

Mövzuya görə xəbərlər