Son dəqiqə

Azərbaycan Türkiyə Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğan Türkiyə Ermənistan münasibətləri

Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Cənubi Qafqazdakı vəziyyətə toxunaraq Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzuladıqlarını bildirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhün əldə olunması istiqamətində nümayiş etdirdikləri siyasi iradəni təqdir etdiyini bildirib.

Türkiyə Prezidenti Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinin də qətiyyətlə davam etdirildiyini qeyd edib. Ərdoğan bu proseslərin Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətinə diqqət çəkib.

Ərdoğan çıxışında Türk Dövlətləri Təşkilatının fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, təşkilat ildən-ilə inkişaf edərək nümunəvi regional əməkdaşlıq platformasına çevrilib.

Türkiyə lideri oktyabrın 30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünün qurum qarşısında yeni imkanlar açacağını bildirib.

Mövzuya görə xəbərlər